Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2025 13:50
Məşhur sovet aktrisası, Rusiyanın xalq artisti Qalina Polskixə böyrək xərçəngi diaqnozu qoyulub.
Sonxeber.net xəbər verir ki, SHOT-un məlumatına görə, 85 yaşlı aktrisa Botkin xəstəxanasına müraciət edərək səhhətinin pisləşməsi şikayətləri ilə həkimlərdən müayinə alıb. Müayinələr zamanı Polskixin böyrəyində bədxassəli şiş aşkarlanıb.
Qalina Aleksandrovna əvvəllər də ağciyərlərində problem yaşamış və ona pnevmoniya nəticəsində inkişaf edə biləcək pnevmofibroz diaqnozu qoyulmuşdu. Hazırda aktrisa evdədir və hələ də xəstəxanaya yerləşdirilməyib, ancaq müalicə üçün həkimlər ona kurs keçməsi təklif ediblər.
Fidan