Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi'' Rumıniyadan məşqçi gətirdi

''Neftçi'' Rumıniyadan məşqçi gətirdi

Tarix: 25 Yanvar 2025 16:06

"Neftçi"nin məşqçilər korpusunda yeni təyinat olub.

Sonxeber.net xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rumıniyalı Boqdan-Kornel Merişanu atletik hazırlıq üzrə məşqçi vəzifəsini yerinə yetirəcək. Mütəxəssis 2022-ci ilin iyunundan 2023-cü ilin iyununadək "Neftçi"nin sabiq baş məşqçisi Laurentsiu Regekampfın köməkçilərindən olub.

Qeyd edək ki, o, "Neftçi"dən başqa, Rumıniyanın "Poltexnika Timişoara" (2012-2016), "Universitatya Krayova" (2021-2022, 2023), Səudiyyə Ərəbistanının "Əl-Vehda" (2018), "Əl-Əhli" (2021), "Ət-Tai" (2023-2024), BƏƏ-nin "Əl-Vəsl" (2019-2021), Tunisin "Esperans" (2024) klublarında və Rumıniyanın U-21 millisində (2016-2018) çalışıb.


Etiketlər:  Neftçi Rumıniyadan məşqçi gətirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ