Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2025 00:50
Müğənni Vəfa Şərifovanın "Dilbərim" ariyasını oxuması uzun müddətdir müzakirələrə səbəb olub. İnsanların böyük əksəriyyəti sənətçinin ifanı doğru oxumadığını iddia ediblər.
Sonxeber.net xəbər verir ki, "Gün Ortası" verilişinə qonaq olan müğənni İntiqam Kərimov bu söz-söhbətə son qoyub. O tələbəsi Vəfa Şərifovanın mahnını peşəkarlıqla oxuduğunu vurğulayıb. O Azərbaycan xalqına "Dilbərim" ariyasını düzgün formada Vəfa Şərifovanın tanıtdığını bildirib:
"Heç bir opera ifaçısı "Dilbərim" ariyasını Vəfa Şərifova kimi təmiz diksiya ilə oxumayıb. Azərbaycan xalqının 99,99 faizinə bu mahnını Vəfa Şərifova tanıtdı".
İntiqam Kərimovun bu sözləri aparıcı Zümrüd Bədəlovanı şoka salıb. (baku.ws)