Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çimnazın ölümündən əvvəl verdiyi açıqlama yenidən gündəm oldu - uşağımın atası...

Çimnazın ölümündən əvvəl verdiyi açıqlama yenidən gündəm oldu - uşağımın atası...

Tarix: 26 Yanvar 2025 08:55

Mərhum aktrisa Çimnaz Sultanova ölümündən əvvəl iştirak etdiyi verilişdə şəxsi həyatı ilə bağlı maraqlı məqamları bölüşüb.

Sonxeber.net xəbər verir ki, o, yoldaşının azərbaycanlı olduğunu və Almaniyada professor kimi fəaliyyət göstərdiyini qeyd edib. Aktrisa bildirib ki, yoldaşı ilə rəsmi şəkildə ayrılıblar:
 

"Yoldaşım uşağın atasıdır, o, Almaniyada fizika, yeryüzü və kosmik elmlərlə məşğuldur. Biz artıq rəsmi olaraq ayrılmışıq."

Çimnaz Sultanova, həmçinin yoldaşını uşaqlığından tanıdığını vurğulayıb:"Onun qardaşı atamın yaxın dostu olub. Məni hələ 5 yaşımda tanıyırdı."

Aktrisa ailə həyatı ilə bağlı detalları paylaşarkən öz hisslərini və keçmiş xatirələrini auditoriya ilə bölüşüb. Onun bu səmimi açıqlamaları izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. (bizimshow)


Etiketlər:  Çimnazın ölümündən əvvəl verdiyi açıqlama yenidən gündəm oldu uşağımın atası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ