Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2025 16:32
Türkiyənin Bursa şəhərində 4 bal gücündə zəlzələ baş verib.
Sonxeber.net xəbər verir ki, AFAD-ın məlumatına görə, yeraltı təkanlar Nilüfer rayonunda 10 km dərinlikdə qeydə alınıb və İstanbul da daxil olmaqla, ətraf bölgələrdə hiss olunub.
Zəlzələ İstanbul və ətraf vilayətlərdə də hiss olunduğundan, qısa müddətli panika yaşanıb.
Qeyd edək ki, Prof. Dr. Süleyman Pampal xəbərdarlıq edərək bildirib ki, Bursa düzənliyinin altında 7,5 bal gücündə zəlzələ yarada biləcək bir fay xətti mövcuddur.
O, böyük zəlzələyə hazır olmaq lazım gəldiyini vurğulayıb.
Fidan