Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni avtobus zolaqları salınacaq

Yeni avtobus zolaqları salınacaq

Tarix: 29 Yanvar 2025 13:14

Bakı şəhərinin və bəzi ətraf rayonların avtobus marşrut şəbəkəsinin optimallaşdırılması davam etdiriləcək.

Bunun nəticəsində pik saatlarda avtobusların yolda olma müddətinin orta hesabla 6 dəqiqə azalacağı gözlənilir. Bununla yanaşı, avtobus zolaqlarının uzunluğunun 160 km-ə çatdırılması planlaşdırılır.

Bu barədə Sonxeber.net-a AYNA-dan məlumat verilib:

"Avtobus parkının genişləndirilməsi təşəbbüsünün gələcək illərdə də davam etdirilməsi və gündəlik olaraq xəttə çıxan avtobusların sayının 2800-ə çatdırılması da nəzərdə tutulur. 2030-cu ilədək avtobus parkı əsasən ekoloji təmiz avtobuslardan (elektrik və CNG) ibarət olacaq.

Elektrik avtobuslar üçün 10 deponun tikintisi və modernləşdirilməsi nəzərdə tutulub".



Etiketlər:  Yeni avtobus zolaqları salınacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ