Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2025 13:36
Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet "Rusiya prezidentinə qarşı sui-qəsd cəhdinin həyata keçiriləcəyi təqdirdə Vladimir Putinin əvəzinə Co Baydenin Rusiyanın başında kimi görmək istərdi" sualına cavab verib.
Sonxeber.net xəbər verir ki, Şeremet bu barədə "News.ru"ya müsahibəsində danışıb.
"Bayden Rusiyada hakimiyyətə Qorbaçov və Zelenskiyə bənzər birini gətirmək istərdi. Amma, necə deyərlər, bu dəfə keçmədi", - deputat bildirib.
O, həmçinin qeyd edib ki, Bayden "Rusiyanın üstünlüyünün onun lideri Vladimir Putində olduğunu" başa düşür.
Xatırladaq ki, amerikalı jurnalist Taker Karlson həmkarı Mett Taibbi ilə söhbətində ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyasının Rusiya lideri Vladimir Putini "öldürməyə cəhd etdiyini" bildirmişdi. O, heç bir təfərrüat verməyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu bəyanatı şərh edərkən qeyd edib ki, Rusiya xüsusi xidmət orqanları daim dövlət başçısının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür. /Publika.az