Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Atasının vəsiyyətindən danışıb kövrəldi

Atasının vəsiyyətindən danışıb kövrəldi

Tarix: 29 Yanvar 2025 14:55

Aparıcı Xoşqədəm Hidayətqızı valideynlərindən danışarkən kövrəlib. 

Sonxeber.net xəbər verir ki, bu haqda aparıcı "Günaydın, Azərbaycan" verilişində danışıb. O, atası Hidayət Baxşəliyevin xəstəliyindən danışıb:

"Ata, ana qədrini bilən onlara bağlıdır. Amma mənim atamla aramda böyük sevgi, bağ var. Bir-birimizi çox sevirik. İndi atam xəstədir, dualarım onunladır. Çox ağrıyır. Yaraşıqlı, baxımlı kişi olub. İndi arıqlayıb, efirə qoşmaq istədim. Dedi, məni yığma, tamaşaçıların yadında başqa cüt qalım. Toparlanacaq".

Aparıcı atasının vəsiyyətini açıqlayıb:

"Mənim işim ağır olduğu üçün yanımda belə sözlər demir. Ağır vəziyyətdə vəsiyyət edib. deyib, mən olmayanda Xoşqədəmə deyin. Qardaşımla bacım burada dəfn edilib. Düşünürük ki, kəndimiz təmir ediləndən sonra ora köçürək. Atam deyib ki, kənd hələ qurulmayıb, həm də ora-gedib gələ bilməyəcəksiniz. Məni burada qardaş, bacının yanında dəfn edin"./axşam.az


Etiketlər:  Atasının vəsiyyətindən danışıb kövrəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ