Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2025 15:12
ABŞ prezidenti Donald Tramp Misir və İordaniyanın Qəzza zolağında İsrail hərbi əməliyyatları nəticəsində evlərini itirmiş fələstinliləri qəbul edəcəyinə əminliyini ifadə edib.
Sonxeber.net xəbər verir ki, bunu Tramp Ağ Evdə jurnalistlərlə söhbətində bildirib.
Bu barədə suala cavab verən Tramp deyib ki, "Misir və İordaniya bunu edəcəklər. Biz onlar üçün çox şey edirik və onlar bununla gedəcəklər", - o əlavə edib.
Qeyd edək ki, Tramp yanvarın 25-də jurnalistlərlə söhbətində Qəzza zolağındakı 1,5 milyon insanın ərəb ölkələrinə köçürülməsini mümkün hesab etdiyini bildirib./ölkə.az