Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gülyanaq Məmmədovaya Özbəkistanda ev verilib?

Gülyanaq Məmmədovaya Özbəkistanda ev verilib?

Tarix: 1 Fevral 2025 19:45

Xalq artisti Gülyanaq Məmmədova evində çəkilişə qadağa qoyub.

Sonxeber.net xəbər verir ki, müğənni bu haqda "Zaurla Günaydın" verilişində deyib.

O, evinə qonaq gəlmək istəyən aparıcı Zaur Baxşəliyevə "Evimizə qonaq gəlin, amma kamerasız. Keçən dəfə dedi ki, evinizə bizi qoymadın. Mən də deyirəm kamera ilə gəlməyin. Bizim evimizə qonaq çox gəlir. Amma şou-biznesdən gələn yoxdur. Hamı ilə dostuq, amma öz evində. Guya, evdə oluruq ki? Hamı ilə tədbirdə görüşürük. Kim gələrsə, qapımız açıqdır. Kiminsə evinə girəndə heç nəyə baxmıram" sözlərini söyləyib.

G.Məmmədova Özbəkistanda evi olması haqda suallara "Xoşbəxtəm ki, bir çox yerdə sevilirik. O da olar" reaksiyasını verib. 

Qeyd edək ki, G.Məmmədova 2022-ci ildə Özbəkistanın Xalq artisti Fəxri adına layiq görülüb.  (Axşam.az)


Etiketlər:  Gülyanaq Məmmədovaya Özbəkistanda verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ