Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan küçəyə çıxdı: snayper kimi NİŞAN ALDI? – FOTO

Paşinyan küçəyə çıxdı: snayper kimi NİŞAN ALDI? – FOTO

Tarix: 2 Fevral 2025 14:32

Ermənistan Baş naziri Nikol Paşinyanın İrəvanın mərkəzindəki Respublika meydanında çəkilmiş fotosu gündəm olub.

Sonxeber.net xəbər verir ki, sosial şəbəkənin erməni seqmentində həmin foto paylaşılaraq Paşinyanın yüksək təhlükəsizlik tədbirləri gördüyü, bunu qorxudan etdiyi yazılıb.

Paylaşımda ətrafındakı şəxslərin bütün istiqamətlərdə müşahidə apardığı, həmçinin binalara snayperlər yerləşdirildiyi bildirilib. Məlumata görə, həmin snayperlərə hansısa təxribat halında hədəfi dərhal məhv etmək tapşırığı verilib.

Paşinyanın bu tədbirləri xarici müdaxilədən deyil, öz vətəndaşlarından qorunmaq üçün etdiyi vurğulanır.

Qeyd edilir ki, o, hətta başqa ölkədə gəzərkən, velosiped sürərkən belə təhlükəsizlik tədbirlərini maksimal şəkildə artırır.

Fotonun hansı tarixdə çəkildiyi açıqlanmayıb, lakin Ermənistan baş nazirinin saqqalsız olduğu nəzərə alındıqda yaxın günlərə aid olduğu güman edilir. /Globalinfo.az


Etiketlər:  Paşinyan küçəyə çıxdı snayper kimi NİŞAN ALDI FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ