Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2025 22:20
2219
Meyxanaçı Vüqar Əbdülov hazırda xəstəxanada olan müğənni Nazim Pişyarinin səhhətindən danışıb.
Sonxeber.net xəbər verir ki, bu haqda "Rəngarəng" proqramında danışan meyxanaçı onu xəstəxanada ziyarət etdiyini bildirib.
"Şənbə günü Nazimi ziyarət etdim. Həkimi dedi ki, yaxşıdır. Bildirdi ki, həftənin ikinci gününə kimi bədən xəstəliyə cavab versə, yaxşı olacaq. Əgər olmasa, əvvəlki kimi olmayacaq, sağalma gec gedəcək. Həmin günün gecəsi mən, meyxanaçı Sadıq bir yerdə idik. İsraildə konsertləri olmalı idi. Onunla bağlı söhbət olmuşdu. Həkim deyir həyatı riski yoxdur" deyə, Vüqar əlavə edib.
Qeyd edək ki, sənətçi işemik insult keçirib. Küçədə yıxılan Nazim qapalı kəllə beyin travması da alıb. (Axşam.az)
----------
14:54
İnsult keçirən Pişyari (Faytonçu) Nazimin müalicəsi davam etdirirlir, səhhəti yaxşılaşır.
Sonxeber.net xəbər verir ki, bu barədə "report"a müğənninin sənət dostu məlumat verib.
Bildirilib ki, onun reanimasiyadan çıxarılaraq palataya köçürüləcəyi gözlənilir.
Xatırladaq ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yanvarın 30-da saat 22:22-də Nəsimi rayonu, H.Əliyev prospekti ərazisindən yıxılma səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən müğənni Pişyari (Faytonçu) Nazim qapalı kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.
O, müayinələrdən sonra işemik insult diaqnozu ilə özəl müəssisələrdən birinə hospitalizasiya olunub.