Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Avroviziya 2025” təmsilçimiz bəlli oldu - FOTO

“Avroviziya 2025” təmsilçimiz bəlli oldu - FOTO

Tarix: 4 Fevral 2025 20:30

İsveçrənin Bazel şəhərində keçiriləcək "Avroviziya 2025" musiqi yarışmasında Azərbaycanı "Mamagama" qrupu təmsil edəcək.

Sonxeber.net xəbər verir ki, bu barədə Avroviziyada Azərbaycan nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərova və media rəhbəri Turab Teymurov məlumat verib.

Bildirilib ki, qrup rok, pop və ənənəvi Azərbaycan musiqisinin unikal birləşməsi ilə tanınır.

"Mamagama" 2021-ci ildə yaradılıb. Qrup beynəlxalq musiqi festivallarında və müsabiqələrində göstərdiyi performansları, o cümlədən 2022-ci ildə Albaniyada keçirilən "Kënga Magjike" beynəlxalq musiqi festivalında uğur qazanıb.

"Mamagama" 3 nəfərdən ibarətdir:

Asəf - Frontmen və əsas vokalçı,

Hass - Gitara ifaçısı,

Arif - Zərb alətləri.


Etiketlər:  Avroviziya 2025 təmsilçimiz bəlli oldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ