Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2025 07:54
Çinin Sincan-Uyğur Muxtar bölgəsində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
Sonxeber.net-ın məlumatına görə, zəlzələnin episentri 102 min nəfərin yaşadığı Kuça rayonundan 87 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 35 km dərinlikdə olub.
Hadisə nəticəsində tələfat və dağıntılar barədə məlumat verilməyib.
Bundan əvvəl Sincanda 5 bal gücündə zəlzələ Yarkənd qraflığından 67 km qərbdə, 128 min insanın yaşadığı ərazidə baş vermişdi.