Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

KOBİA İT sistemlərini “Hökumət buludu”na köçürüb

KOBİA İT sistemlərini “Hökumət buludu”na köçürüb

Tarix: 5 Fevral 2025 10:04

"Hökumət buludu"nun (G-cloud) yaradılması və "bulud" xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası davam etdirilir.

Fərmanın icrası çərçivəsində informasiya sistemləri və ehtiyatlarını "Hökumət buludu"na köçürən növbəti dövlət qurumu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) olub.

KOBİA informasiya sistemləri və ehtiyatlarını tam şəkildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyindəki "AznTelecom" MMC-yə məxsus Bakı Data Mərkəzinə yerləşdirib. "AzInTelecom" MMC tərəfindən KOBİA-ya Virtual server - IaaS (İnfrastructure-as-a-Service) və Rezervlənmə - BaaS (Backup-as-a-Service) "bulud" xidmətlərinin göstərilməsi təmin olunub. Bununla da agentlik kritik sistemlərin yüksək əlçatanlığını təmin edib.

Qeyd edək ki, RİNN tərəfindən həyata keçirilən "Hökumət buludu" layihəsinin icraçısı "AzInTelecom" MMC-dir. Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin "AzInTelecom"a məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

"AzInTelecom" MMC "bulud" xidmətləri üzrə beynəlxalq standartları müəyyənləşdirən "TIER III" sertifikatını Cənubi Qafqaz regionunda əldə etmiş ilk qurumdur.


Etiketlər:  KOBİA sistemlərini Hökumət buluduna köçürüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ