Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artistinin evi DAĞILIR - FOTO

Xalq artistinin evi DAĞILIR - FOTO

Tarix: 6 Fevral 2025 12:45

Ölkəsində "xarici agent" statusu alan yumorist Maksim Qalkin və həyat yoldaşı, Rusiyanın Xalq artisti Alla Puqaçovanın Moskva vilayətinin Qryaz kəndindəki qəsri dağılır.

Sonxeber.net bildirir ki, məşhur ailənin bir vaxtlar dəbdəbəli mülkünün yararsız vəziyyətə düşən kadrlarını "Life" nəşri yayıb.

Qalkin və Puqaçovanın malikanəsi hazırda bərbad vəziyyətdədir. Bir vaxtlar parlaq divarlar solmağa, kərpic örtüyü qırılaraq tökülməyə başlayıb. Damın dəmirdən olan hissələri paslanıb.

Malikanəyə və onun vəziyyətinə nəzarət etmək üçün ora köməkçilər yollanır. Ekspertlərin fikrincə, ulduz cütlük malikanənin saxlanmasına ayda təxminən 500 min rubl (təxminən 8675 manat) xərcləyir. /Olay.az


Etiketlər:  Xalq artistinin DAĞILIR FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ