Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alim Qasımovun səhhətində problem yarandı

Alim Qasımovun səhhətində problem yarandı

Tarix: 6 Fevral 2025 13:40

Xalq artisti Alim Qasımovun səhhətində problem yaranıb.

Sonxeber.net xəbər verir ki, bu haqda xanəndə "İncə səhər" verilişinə müsahibəsində deyib.

A.Qasımov bildirib ki, onun ayağında revmatizm xəstəliyi yaranıb:

"Problem iki qanadlıdır. Uçur... Problem olur, düzəlir. Həyat belədir... Ayağım şişdi. İndi heç nə yoxdur. Soyuqdəymədən əmələ gəlib. Bizdə buna "yel" deyirlər. Həkimlər isə revmatizm. Həkimə getdim. Söylədilər ki, ayağınızda şiş var, amma üzündə heç bir şey görsənmir. Yeriyəndə rahatlığımı alıb. Bununla bağlı dərmanlar qəbul edirəm. Bir-iki gün yaxşı olur sonra yenə ağrılar başlayır. Ağrı lazımdır. Şükür Allahın məsləhətinə. O hər zaman ağrıları və xəstəlikləri mənimlə yoldaş edib. Ağrılar, xəstəliklər insanı insanlaşdırır və ürəyi kövrək edir". (olay.az)


Etiketlər:  Alim Qasımovun səhhətində problem yarandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ