Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2025 21:46
44 yaşlı braziliyalı Ronaldinyo tarixin ən bacarıqlı futbolçusu seçilib.
Sonxeber.net xəbər verir ki, onu "Barselona" və digər komandalarda keçirdiyi unudulmaz anlardan tanıyan milyonlarla azarkeş bu fikirlə şübhəsiz razılaşacaq.
Bacarıqlı oyunçuları sıralayarkən üç amil nəzərə alınıb: azarkeş münasibəti, ümumi oyun səviyyəsi və yüksək səviyyədə karyera müddəti.
Ronaldinyodan sonra planetin ən bacarıqlı 10 futbolçusu siyahısına Ronaldo, Lionel Messi, Yohan Kroyff, Dieqo Maradona, Zinəddin Zidan, Thierry Henry, Neymar, Ricardo Quaresma və Cristiano Ronaldo daxildir.
Bu siyahının ən gənci olan 33 yaşlı Neymar fevralın 6-na keçən gecə Braziliyaya qayıtdıqdan sonra doğma "Santos"un heyətində ilk oyununa çıxıb.