Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nikaha görə tibbi müayinədə neçə nəfərdə xəstəlik aşkarlandı?

Nikaha görə tibbi müayinədə neçə nəfərdə xəstəlik aşkarlandı?

Tarix: 14 Fevral 2025 19:04

Ötən il Azərbaycanda nikaha daxil olmaq üçün ümumilikdə 111 min 913 vətəndaş qan analizi verib.

Sonxeber.net   bildirir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Qan Bankından məlumat verilib.

Qeyd olunub ki, onlardan 35-ində HİV ½(QİÇS) infeksiyası, 982-də isə sifilis infeksiyası aşkarlanıb.

Bundan başqa, Milli Hematologiya və Transfuziologiya Mərkəzindən verilən məlumata görə, cütlüklərdən yalnız birində aşkar edilən talassemiya daşıyıcılığı 4 min 357 nəfərdə, hər ikisi daşıyıcı olan cütlük isə 50 nəfər olub.


Etiketlər:  Nikaha görə tibbi müayinədə neçə nəfərdə xəstəlik aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ