Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Pulumu halal etmirəm, ayıb olsun” - Xatunu aldatdılar!

“Pulumu halal etmirəm, ayıb olsun” - Xatunu aldatdılar!

Tarix: 15 Fevral 2025 11:55

Müğənni Xatun Əliyevanın başına iş gəlib.

Sonxeber.net olay.az-a istinadən xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "Həmin Zaur" verilişində danışıb.

Xatun bildirib ki, bəstəkar həmkarının mahnısını oğurlayaraq yeni bəstə adı ilə ona satıb:

"Bu mahnı yenidir. Amma bəstəkarın adını çəkməyəcəyəm. Halal eləmirəm. Bu mahnını oxumaq istəmirdim. Nəsə səhv getdi... Bu mahnını yazan bəstəkar məndən pul alıb və başqa bəstəkarın bəstələdiyi bəstəni oğurlayıb. Notları da eynidir. Deyir ki, bu mahnının musiqisini mən bəstələmişəm. Plagiyat ola bilər amma notların bu qədər eyni olması düzgün deyil. Ayıb olsun sənə! Bu gün əhvalım yaxşıdır ona görə də o şəxsin adını çəkməyəcəyəm".


Etiketlər:  Pulumu halal etmirəm ayıb olsun Xatunu aldatdılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ