Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hakim Cey Z ilə bağlı qərar verdi

Hakim Cey Z ilə bağlı qərar verdi

Tarix: 17 Fevral 2025 07:05

Məşhur reper Cey Z-yə qarşı səs-küylü iş başa çatıb. 

Sonxeber.net xəbər verir ki, bir qız məhkəməyə müraciət edərək reperin həmkarı P.Diddi ilə 2000-ci ildə, cəmi 13 yaşında olarkən məclisdə ona əxlaqsız hərəkətlər etdiyini bildirib. 

Müğənni Beyonsun əri əvvəldən bu işin tamamilə uydurma olduğunu iddia edib. Məhkəmə bununla razılaşıb. Ötən gün məlum olub ki, iddia geri götürülüb və iddia edilən zərərçəkmiş yeni iddialar vermək hüququndan imtina edilib.

Cey Z məsələ ilə bağlı "Bu gün qələbədir. Qeyri-ciddi, saxta və dəhşətli ittihamlar rədd edildi. Bu mülki iddia əsassız idi və heç vaxt heç bir yerə aparmazdı. Onların uydurduqları hekayə, iddiaların ciddiliyi olmasaydı, gülməli olardı" sözlərini deyib.

Reper emosional açıqlamasını P.Diddinin iddia edilən qurbanlarının çoxunu təmsil edən məşhur hüquqşünas Toni Buzbi haqqında kəskin şərhlə bitirib.

"İddia uğursuz oldu. Məhkəmə təbii ki, zərərçəkmişləri müdafiə etməlidir, eyni zamanda, məhkəmələr günahsızları heç bir sübut zərrəsi olmayan ittihamlardan qorumalıdır. Qoy həqiqət bütün qurbanlar və yalandan ittiham olunanlar üçün bərabər qalib gəlsin" deyə, repçi çıxışını yekunlaşdırıb. (Axşam.az )

Xatırladaq ki, məhkəmə prosesində repçi ittihamçının adının açıqlanmasını tələb etsə də, hakim zərərçəkmiş olduğu iddia edilən şəxsin tərəfini tutaraq onun anonimliyini təmin edib, həmçinin Cey-Z-nin vəkilini hücum və təhriklərə görə qınayıb.

Bundan əvvəl P.Diddi və Cey Z-ni zorlamada ittiham edən qız şok etiraflar etmişdi.



Etiketlər:  Hakim ilə bağlı qərar verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ