Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2025 11:45
"İctimai TV"də yayımlanan "Səs Azərbaycan" müsabiqəsində kövrək anlar yaşanıb.
Sonxeber.net xəbər verir ki, iştirakçı Nofəl Aslanov babasının ölümünə baxmayaraq, səhnəyə çıxıb.
"Bu sabah məni böyüdən babam vəfat etdi. Səhərə qədər məsciddə olmuşam. Buna baxmayaraq, indi səhnədə mahnı oxudum", - deyə o bildirib.
Qeyd edək ki, Nofəl "Ay gecikən məhəbbətim" mahnısı ilə yarışıb. Müsabiqə zamanı Xalq artisti Zülfiyyə Xanbabayevanı seçib.
Qeyd edək ki, N. Aslanov ikinci dəfədir "Səs Azərbaycan"da iştirak edir.
Həmin görüntüləri təqdim edirik: