Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çingiz ilk dəfə ukraynalı xanımından danışdı - ''Yana 16 ildir ki...''

Çingiz ilk dəfə ukraynalı xanımından danışdı - ''Yana 16 ildir  ki...''

Tarix: 17 Fevral 2025 21:30

Avroviziya təmsilçimiz Çingiz Mustafayev ukraynalı xanımı Yana Nijniklə bağlı danışıb.

Sonxeber.net xəbər verir ki, bu barədə o, "Efirdən kənar" proqramında açıqlama verib. Çingiz deyib ki, həyat yoldaşı ilə iki ildir birlikdədir:

"Biz iki ildən çoxdur bir yerdəyik. Bu gün də öz üzərimizdə çalışırıq. Təbii ki, hər kəsin fərqli zarakteri var, o başqa mühitdə böyüyüb, mən başqa. Məsələn, onun öz travmaları varsa, başa düşür ki, özü həll etməlidir və aradan qaldırır. Eynilə də mən. Hər bir şey əziyyət tələb edir. İstər dostluq, ailə həyatı, istərsə də, biznes. Bunlar diqqət istəyir. Sadəcə bizdə elə bir düşüncə tərzi var ki, deyirlər, məni olduğum kimi qəbul etməlisən. Bu, yanlışdır. İnsan öz üzərində işləməlidir. Fərd olaraq da, ailədə də. Deyirlər, çox gəzən bilər. Mənə elə gəlir ki, bu məqamın da bizə müsbət təsiri var. Biz bir il Yana ilə dostluq etmişik. Hər şey dostluqdan başlayır. Sevgi var idi, sadəcə sevginin fəsil kimi dəyişməyi var. Fəsillər kimi qışı, yayı, yazı, payızı var... Ona görə sevgiyə güvənib ailə qurmaq da düzgün deyil. Onunla birinci görüşdə düşündüm ki, doğrudan da bu qədər yaxşı ola bilərmi? Yəni ətrafındakı insanlara, heyvanlara qarşı... Yana 16 ildir ət yemir, sırf heyvanlara yazığı gəldiyi üçün. Elə bir ürəyi var. Bir il onunla dostluq etdim, dedim, oynamaq deyil. Həqiqətən də belədir". (olay)


Etiketlər:  Çingiz dəfə ukraynalı xanımından danışdı Yana ildir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ