Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fərid Qayıbov MOK-daki postunu itirdi

Fərid Qayıbov MOK-daki postunu itirdi

Tarix: 18 Fevral 2025 14:30

Xəbər verdiyimiz kimi, bu gün Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinə yeni üzvlər seçilib.

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, siyahıda gənclər və idman naziri Fərid Qayıbov yer almayıb.

Bununla da, ötən seçkidə vitse-prezident seçilən nazir bu vəzifəsini itirib.

Onu bu postda isə güləş üzrə Olimpiya çempionu Fərid Mansurov əvəz edib.

Qeyd edək ki, ötən dəfə vitse-prezident seçilən digər şəxslər -  Çingiz Hüseynzadə və Zemfira Meftahətdinova yenidən bu vəzifəyə seçiliblər.


Etiketlər:  Fərid Qayıbov daki postunu itirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ