Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Günay yeni sevgilisini paylaşdı - FOTO

Günay yeni sevgilisini paylaşdı - FOTO

Tarix: 18 Fevral 2025 15:55

Türkiyədə modellik fəaliyyətini uğurla davam etdirən Günay Musayeva paylaşımı ilə gündəmə gəlib.

Podium ulduzu gürcü David Bezhuaşvili ilə fotosunu instaqram səhifəsində yayımlayıb.

Sonxeber.net xəbər verir ki, David Günayın yeni sevgilisidir.

Musayeva onun və Davidin doğum günü olduğunu bildirib. 

Günay həmin şəkilə "Ad günümüz mübarək" şərhini yazaraq ürək emojilərini qoyub. 

David də Günayla bərabər fotolarını sosial şəbəkə hesabında yayımlayıb. Fotolarda ikilinin səmimi pozalar verməsi diqqətdən qaçmayıb.

Qeyd edək ki, bir müddət əvvəl türk mediasında G.Musayevanın ikinci dəfə ailə qurması və modelin sevgilisinin gürcü olduğunu yazmışdı. Günay isə Gürcüstanda ev aldığını, buna görə oraya tez-tez getdiyini açıqlamışdı. 

G.Musayeva illər əvvəl türkiyəli aktyor Tolqa Karellə ailəli olub və ayrılıb. Onun bu nikahdan Cahangir adlı bir oğlan övladı var.(Olay.az)


Etiketlər:  Günay yeni sevgilisini paylaşdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ