Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Zarina yalan danışır”- Anar

“Zarina yalan danışır”- Anar

Tarix: 19 Fevral 2025 00:15

Stilist Anar Ağakişiyev aktrisa Zarina Qurbanovanın illər öncə onunla bağlı verdiyi açıqlamaya münasibət bildirib. 

Sonxeber.net xəbər verir ki, o,  Zarinanın Anarın verilişi - "Dəyişən cavab"dakı videosuna şərh yazıb: "Yalan danışır. Sübut edə bilmədi. Mən də yola verdim. Verilişdə üstünə getmədim".

Qeyd edək ki, Zairna Anarın verilişində bunları söyləmişdi:

"Yadınızda olmaz, 17 il əvvəl mən 17 yaşımda ilk dəfə hansısa reklam çarxına təsdiqlənmişdim. Birinci kursda oxuyurdum. Orada sadəcə barmaqlarım düşəcəkdi. Çox həvəsli idim, aktrisa olmaq istəyirdim. Sizi də orada görməyimə çox sevinirdim ki, bu insanlara bir yerdəyəm. Fikirləşirdim ki, məni bəzəyəcəksiniz, əslində ehtiyac yox idi, bir barmağım görünəcəkdi. 

Həvəslə otağa girdim, dedim ki, Anar bəy, mənə tonal krem verərsiniz, barmaqlarıma çəkim, qəşəng görünsün. Mən də sizi çox istəyirəm, duyğusal biri kimi bilirəm. Əslində məşğul idiniz. Söylədiniz ki, ay xanım, ay qızım, çıx çölə, görmürsən işim var. Baş rol aktrisasını bəzəyirəm. Mən onda gedib ayaq yolunda çox ağladım. Dedim ki, vaxt olacaq mən sizin verilişinizə gələcəyəm. Yəni siz makiyaj ustasısınız, bu tip verilişinizin olacağı 17 il əvvəl ağlımıza gəlməzdi. Amma dedim, bir vaxt olacaq ki, siz məndən müsahibə alıb, məni bəzəyəcəksiniz. Zəng gələndə dedilər, Anar bəyin verilişidir. Qəbul etdim ki, o anı yaşayım". (olay)


Etiketlər:  Zarina yalan danışır Anar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ