Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2025 15:12
"Qalatasaray" klubunun təcrübəli hücumçusu Viktor Osimhen mövsüm sonunda 12 milyon avroluq maaş təklifi edəcək komandalarla danışıqlara başlayacaq.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Viktor Osimheni yay transfer pəncərəsində heyətinə qatmaq istəyən klublar sərbəst qalma məbləğindən - 75 milyon avrodan əlavə, futbolçuya da illik 12 milyon avroluq maaş təklifi etməli olacaqlar.
Qeyd edək ki, Viktor Osimhen müqavilə ilə İtaliyanın "Napoli" klubuna məxsusdur.
O, "Qalatasaray" forması ilə çıxdığı 24 oyunda 19 qol, beş məhsuldar ötürmə ilə yadda qalıb.