Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2025 15:25
Əməkdar artist Aybəniz Haşımova səhhətindəki problemdən danışıb.
Sonxeber.net xəbər verir ki, müğənni "Xəzərin sahilində" verilişində depressiyaya düşdüyünü deyib:
"Yaşa dolduqca hər zərbənin üzərində dik dayanıb dərdin üstünə yeridiyim oldu. Onda başa düşdüm ki, dərd qarşımda məğlub olduqca güclüyəm. Amma heç elə güclü olmaq istəmirdim. Bir il bundan əvvəl məndə tükənmişlik əmələ gəldi. Mənə elə gəlirdi ki, artıq tükənirəm, bitirəm, son sayılı günlərim qalıb. Nəyə görə isə ona doğru gedirəm. Birdən qəribə bir səs eşitdim. Bilmirəm bu nə idi... O səs mənə "Dur ayağa" dedi. Çünki mən hələ belə olmamışdım. Hələ belə tükənməmişdim". /Axşam.az