Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2025 18:25
"Efirdə çalışanlar imkan vermədilər ki, el şənliyində oxuduğumun bir faizi efirdə oxuyum. Onlar məni efirə çağırıb nələrsə ortalığa atdılar. Bu da məni efirə dəvət edən aparıcıların məndən xoşu gəlməyən "müğənnicik" dostlarının olmasından irəli gəldi".
Sonxeber.net olay.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu "Tarixin bir günü" verilişində deyib.
Sənətçi bildirib ki, ona böhtan atan müğənni səhərə sağ çıxmayıb:
"Kanalların birində aparıcılıq edən bir aktrisa vardı. Məni istəməyən bir müğənni vardı. Onlar birgə söhbət emişdilər. Mənə də xəbər çatdı ki, səhərə sənin torban tikilir, xəbərin yoxdur. Dedim ki, zərər yoxdur. Səhər açıldı səhər verilişi idi, orada yemək bişirildi. Həmin müğənni onu kənara çəkib reklam arasında nələrsə dedi. Bir sözlə onun qulağını doldurdu. Reklamlardan sonra aparıcı efirdə dedi ki, sabah sizə elə bir fakt açıqlayacağam ki... Onun bu açıqlaması açıq şantaj və böhtandır. Məndə evdə divanda əyləşib, onlara baxırdım. Onun bu sözlərinə dedim ki, səhərə bilmək olmaz mən, sən yoxsa yanındakı çıxacaq... Səhər həmin o müğənni öldü. Məni o qədər ləkələmək və böhtan atmaq istəyirdilər".