Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2025 22:55
"Mən istəmirəm bu şeyləri açım, amma deyəcəyəm. Biz ev verdiyimiz 21 nəfərin bir qismi indi o evləri satır".
Sonxeber.net xəbər verir ki, bu sözləri lent.az-a müsahibəsində Xalq yazıçısı Anar deyib. O bildirib ki, ev verilən yazıçılar həmin mənzilləri satır:
"Demək, onun evə ehtiyacı yoxdur. Alıb ki, satıb pul qazansın. Belələri də var. İndi biz nə edək? Əvvəldən nə bilək ki, bu nə cür davranacaq? Gəlib bizə deyir ki, ailəmin filan qədər üzvü var, neçə ildi birotaqlı evdə kirayə yaşayıram. Biz də evi veririk, lakin sonra məlum olur ki, bu evi bizdən alıb ki, satsın. Yazıçıların məişət problemləriylə məşğul olmaq AYB-nin işi deyil. Bu Sovet dövründən qalma bir təsəvvürdür. Sovet vaxtında AYB-nin ədəbiyyat fondu var idi. Bu fondun maddi vəsaiti çox idi. Evlər tikib paylayırdı. O şirə qalıb bunların ağzında".