Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2025 09:08
"OpenAI" şirkətinə məxsus "ChatGPT" çat-botunda nasazlıqlar yaranıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Downdetector" portalı məlumat yayıb.
Bildirilib ki, "ChatGPT"nin işi ilə bağlı ən çox şikayət ABŞ, Böyük Britaniya və Almaniyadan gəlib.
Bununla yanaşı, Fransa, İsveçrə, İspaniya, Yunanıstan, İtaliya və digər ölkələrdə də nasazlıqlar müşahidə olunur.
İstifadəçilər ən çox ChatGPT-nin işindən (92%) və veb versiyasına daxil olmaqda çətinlikdən (7%) şikayətləniblər.
Xatırladaq ki, bir müddət əvvəl də sözügedən çat-botun işində problem yaranıb.