Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2025 13:10
Kriştiano Ronaldo matçda maraqlı hadisə ilə üzləşib.
Milli.az xəbər verir ki, "Əl-Nəsr"in Səudiyyə Ərəbistanı çempionatında "Əl-İttifaq"a məğlub olduğu (2:3) oyundan əvvəl portuqaliyalı ulduz oxşarı kimi sosial şəbəkələrdə məşhurlaşan türkiyəli Gökmen Akdoğanı görüb.
Ronaldo Akdoğanı gördükdən sonra Brozoviçə işarə edərək, "O, mənə oxşayır" deyib.
Qeyd edək ki, "Adanalı Ronaldo" ləqəbi ilə tanınan Gökmenin "İnstaqram"da 827 min izləyicisi var.
Həmin maraqlı görüntüləri təqdim edirik: