Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2025 14:10
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen "Fənərbağça" derbisinin son anlarında zədələnərək oyunu tərk edib.
Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, nigeriyalı futbolçunun vəziyyətinə MRT-dən sonra aydınlıq gələcək.
"Qalatasaray" klubunun həkimi Yener İncə matçdan sonra Osimhenin stadiondan çıxarkən vəziyyəti ilə bağlı suala "Onun vəziyyətinə baxacağıq" cavabını verib.
Klubda Osimhenlə birlikdə ilk 11-likdə matça başlayan Eren Elmalı və Roland Sallai də "Fənərbağça" derbisindəki zədələrindən sonra oyundan kənarda qalıb.
Üç futbolçunun vəziyyətinə qısa zamanda aydınlıq gəlməsi gözlənilir. /baku.ws