Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı bloqerin bu ölkəyə girişinə QADAĞA: vətəndaşlıqdan çıxarıldı - FOTO

Azərbaycanlı bloqerin bu ölkəyə girişinə QADAĞA: vətəndaşlıqdan çıxarıldı - FOTO

Tarix: 27 Fevral 2025 21:00

Bloqer Subonun (əsl adı Sübhan Murad oğlu Məmmədov) Rusiyaya girişinə 70 il müddətinə qadağa qoyulub.

Sonxeber.net bildirir ki, Bu barədə Oxu.Az Rusiya KİV-ə istinadla məlumat verir.

Məlumata görə, buna səbəb kimi onun polis əməkdaşları və hərbçilər ilə bağlı prank-çarxları göstərilir. Eyni səbəbdən bloqer Rusiya vətəndaşlığından da məhrum edilib.

Bildirilir ki, S.Məmmədov çarxlarda hüquq-mühafizə orqanlarının əməkdaşlarını kamera qarşısında alçaldıb. Bu xüsusda aparılan təhqiqat nəticəsində bəlli olub ki, Subo Rusiya vətəndaşlığı almaq üçün sənədləri təqdim edərkən yanlış məlumatlar verib.

İndi onun yalnız Azərbaycan vətəndaşlığı qalıb.


Etiketlər:  Azərbaycanlı bloqerin ölkəyə girişinə QADAĞA vətəndaşlıqdan çıxarıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ