Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2025 22:40
Türkiyəli müğənni Kenan Doğulu 12 illik həyat yoldaşı, aktrisa Beren Saatın ad gününü təbrik edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni bununla bağlı instaqram hesabında paylaşım edib.
"Yaxşı ki doğulmusan, canım sevgilim. Yaxşı ki həyatıma girmisən. Eşq, xoşbəxtlik və sağlamlıq dolu daha neçə möhtəşəm illərimizi paylaşaq. Səni çox sevirəm", - deyə, Kənan bildirib.
Qeyd edək ki, B. Saatın fevralın 26-sı 41 yaşı tamam olub.