Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

XƏBƏRDARLIQ: Facebook” üzərindən saxta keçidlərə yönləndirilirsiniz - FOTO

XƏBƏRDARLIQ: Facebook” üzərindən saxta keçidlərə yönləndirilirsiniz - FOTO

Tarix: 28 Fevral 2025 17:42

Saxta hesablar vasitəsilə "Facebook" sosial şəbəkəsi üzərindən fişinq cəhdləri həyata keçirilir.

Sonxeber.net xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Bildirilir ki, vətəndaşlara mesajlar göndərilərək saxta keçidlərə yönləndirilir. Mesajlarda "Facebook"un icma qaydalarının pozulduğu üçün hesabın birdəfəlik silinəcəyi və bərpa prosesi üçün keçidə daxil olmaq bildirilir. Həmin keçidlərdə vətəndaşın hesab məlumatlarını ələ keçirmək üçün saxta giriş səhifəsi mövcuddur.

Xidmət vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, sosial şəbəkələrdən bu tip mesajlarla rastlaşdıqda, həmin məlumatları platformanın dəstək xidmətindən dəqiqləşdirməyi, şübhəli keçidlər vasitəsilə istifadəçi məlumatlarını (istifadəçi adı və şifr) qarşı tərəfə ötürməməyi tövsiyə edir.


Etiketlər:  XƏBƏRDARLIQ Facebook üzərindən saxta keçidlərə yönləndirilirsiniz FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ