Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artisti: ''Mənə deyilməyib ki, bu nə açıq-saçıq geyimdir''

Xalq artisti: ''Mənə deyilməyib ki, bu nə açıq-saçıq geyimdir''

Tarix: 2 Mart 2025 03:05

"Kiçik yaşlarımdan şəhərdə böyümüşəm. Necə geyinmişəmsə, elə də geyinməkdə davam edirəm. Mənim öz zövqüm var".

Sonxeber.net xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu "Zaurla Günaydın" verilişində deyib. Müğənni Sənətçi cəmiyyətdə tez-tez müzakirə olunan geyim mövzusu ilə bağlı bu fikirləri səsləndirib:

"Bizim evimizdə heç zaman geyim müzakirə olunmayıb. Misal üçün deyilməyib ki, bu nə geyimdir, bu niyə belə açıq-saçıqdır və ya bu bağlıdır. Evimizdə müzakirə olunur ki, ikiüzlülük, yalan danışmaq, oğurluq etmək, ev yıxmaq, xəbərçilik etmək olmaz. Bizim ağlımıza gəlməyib ki, kiminsə geyiminə baxıb rişxənd edək. Çünki hər insanın öz daxili dünyası var". /Axşam.az


Etiketlər:  Xalq artisti Mənə deyilməyib açıq saçıq geyimdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ