Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2025 15:30
ABŞ rəhbəri Donald Tramp vitse-prezident Ceyms Devid Vensin Ukrayna lideri Volodimir Zelenski ilə görüşündə söylədiyi fikirlərdən təsirlənib.
Sonxeber.net xəbər verir ki, bu barədə "The Wall Street Journal" Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
Rəsmilərin dediyinə görə, Tramp tabeliyində olanlara dəfələrlə qeyd edib ki, onun keçmiş vitse-prezidenti Mayk Pens bunu etməzdi və o, Venslə fəxr edir.
Digər respublikaçılar da Vensin davranışını müsbət qiymətləndiriblər.
Eyni zamanda, vitse-prezidentin tabeliyində olan şəxslər onun görüşü pozmaq istəmədiyini, lakin danışıqlar zamanı Amerika dövlətinin başçısını dəstəkləmək istədiyini iddia ediblər. "Report"