Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2025 19:10
Rəqqasə Renka (Rəna Ağamuradova) paylaşımı ilə diqqət çəkib.
Sonxeber.net bildirir ki, sükan arxasında instaqram səhifəsində video yayımlayan Renka gözəllik salonlarına getməkdən bezdiyini və yorulduğunu bildirib.
"Məni qınamayın... Mənim üçün gözəllik salonuna getmək və orada iki saat vaxt itirmək çox çətindir. Üzüm, saçlarım yorulub. Təsəvvür belə etmirsiniz ki, necə bezmişəm gözəllik salonlarından. Onlarda məndən beziblər. Amma işimiz budur. Hər zaman gözəl görsənməliyik. Sadə olmamalıyıq. Hər zaman aşırı gözəl görünməliyik" - deyə Renka vurğulayıb. /olay.az