Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maşın almaq istəyənlərə ŞAD XƏBƏR: bu tarixdən ENDİRİMLƏR OLACAQ

Maşın almaq istəyənlərə ŞAD XƏBƏR: bu tarixdən ENDİRİMLƏR OLACAQ

Tarix: 3 Mart 2025 19:28

Ramazan ayı və Novruz bayramı ərəfəsində Azərbaycanda rəsmi avtomobil dilerləri müştərilər üçün müxtəlif güzəştlər və endirim kampaniyaları təqdim edirlər. Hazırda bir sıra avtomobil markaları üçün əlverişli şərtlərlə satış imkanları yaradılıb.

Bəs bu kampaniyalar hansı üstünlükləri təklif edir və hansı modellərə şamil olunur?

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) icraçı direktoru Eyyub Əliyev endirim kampaniyaları ilə bağlı Yenisabah.az-a danışıb:

"Azərbaycanın rəsmi avtomobil dilerləri Ramazan ayı və Novruz bayramı ərəfəsində müştərilər üçün müxtəlif kampaniyalar təqdim edirlər. Hazırda bir çox şirkət tərəfindən endirimlər və güzəştli şərtlər təklif olunur.

Bu kampaniyalar arasında Ramazan ayına özəl olaraq faizsiz kredit imkanları, 2000 manatdan başlayan endirimlər, eləcə də üzv dilerlər tərəfindən ilkin ödənişsiz kredit şərtləri yer alır. Bundan əlavə, bəzi dilerlər servis xidmətlərində endirimlər və aksesuar hədiyyələri kimi əlavə üstünlüklər də təqdim edirlər".

E.Əliyev digər avtomobil şirkətlərinin kampaniyalara qoşulma vaxtını da açıqlayıb:

"Azərbaycanın Avtomobil Dilerləri Assosiasiyasına üzv olan rəsmi dilerlər hazırda aktiv kampaniyalar həyata keçirsələr də, bəzi şirkətlər 10-12 mart tarixlərindən etibarən endirim proqramlarına start verməyi planlaşdırırlar. Hazırda isə ölkədə təxminən 6-7 rəsmi avtomobil dileri bu kampaniyaları reallaşdırır.

Avtomobil almağı planlaşdıranlar üçün bu fürsətlər həm maliyyə baxımından sərfəli seçimlər yaradır, həm də müxtəlif modellər üzrə daha uyğun şərtlərlə avtomobil sahibi olmaq imkanı təqdim edir".


Etiketlər:  Maşın almaq istəyənlərə ŞAD XƏBƏR tarixdən ENDİRİMLƏR OLACAQ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ