Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda məşhur şadlıq evi mənşəyi bilinməyən ətdən yemək verirmiş - FOTO

Bakıda məşhur şadlıq evi mənşəyi bilinməyən ətdən yemək verirmiş - FOTO

Tarix: 6 Mart 2025 11:04

Bakının Nizami rayonu, Babək prospekti 76 ünvanında yerləşən "Sərin" şadlıq evində mənşəyi məlum olmayan məhsullar aşkarlanıb. 

Sonxeber.net xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. 

Bildirilib ki, fiziki şəxs Dadaşov Eldar Ağa Zəki oğluna məxsus "Sərin" şadlıq evində AQTA əməkdaşları yoxlama keçirib.

Baxış zamanı obyektdə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi, həmçinin mənşəyi məlum olmayan heyvan mənşəli məhsulların istehlaka təqdim edildiyi aşkarlanıb:

"Emal edilmiş məhsullardan və ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilməklə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam etdirilir".


Etiketlər:  Bakıda məşhur şadlıq mənşəyi bilinməyən ətdən yemək verirmiş FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ