Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldodan oxşarına: “Qardaşım, sən eybəcərsən” - FOTO

Ronaldodan oxşarına: “Qardaşım, sən eybəcərsən” - FOTO

Tarix: 8 Mart 2025 12:24

Səudiyyə Ərəbistanı Liqasında Kriştiano Ronaldonun matçını izləməyə gedən, "Adanalı Ronaldo" kimi tanınan türkiyəli Gökmen Akdoğanla ulduz futbolçu arasında maraqlı dialoq yaşanıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki,  Ronaldo məşq əsnasında oxşarına yaxınlaşaraq onunla zarafatlaşıb.

"Qardaşım, sən mənə oxşamırsan, eybəcərsən", - deyə forvard Akdoğana deyib.

Gökhan isə Kriştianoya "Sən dünyanın ən yaxşısısan", - deyə səslənib.

Onların bu söhbəti sosial şəbəkələrdə viral olub.

Qeyd edək ki, sözügedən matçda Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" türkiyəli məşhur mütəxəssis Fatih Terimin çalışdırdığı "Əl-Şəbaba"la qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb. Həmçinin Kriştiano qarşılaşmada 926-cı qolunu vurub.


Etiketlər:  Ronaldodan oxşarına Qardaşım sən eybəcərsən FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ