Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Uels nümayəndə heyəti Azərbaycanda

Uels nümayəndə heyəti Azərbaycanda

Tarix: 9 Dekabr 2019 19:12

Uels Futbol Assosiyasının nümayəndələri Azərbaycana gəlib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, rəsmilər Avro-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək görüşləri ilə əlaqədar paytaxtımızdadırlar.

Bildirilir ki, iyunun 13-də İsveçrə, 4 gün sonra isə Türkiyə millisi ilə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək britaniyalıların nümayəndələri hazırlıq keçəcəkləri mümkün təlim-məşq bazalarına baxırlar. Uelslilər qrup mərhələsi çərçivəsində İtaliya ilə son oyuna qədər Bakıda məskunlaşacaqlar.

 


Etiketlər:  Uels nümayəndə heyəti Azərbaycanda


RƏYLƏR