Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Beşiktaş'' azarkeşlərinə BƏD XƏBƏR

''Beşiktaş'' azarkeşlərinə BƏD XƏBƏR

Tarix: 8 Mart 2025 18:08

Mövsümün sonunda İmmobile ilə yollarını ayırmaq qərarına gələn "Beşiktaş" yeni hücumçu axtarışlarına başlayıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, mövsümün əvvəlində 10 milyon avro qarşılığında transfer olunan Çiro İmmobilenin performansı klub rəsmilərini qane etmədiyi üçün futbolçu ilə yolları ayırmaq qərarına gəliblər.

"Beşiktaş" forması ilə 31 oyunda meydana çıxan İmmobile 14 qol, üç məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Beşiktaş" gələn mövsüm üçün hazırlıq planı çərçivəsində İmmobileni danimarkalı mərkəz hücumçusu Conas Uindo ilə əvəz edəcək.

Bu mövsüm Bundesliqa komandası "Volfsburq"da 26 matçda 10 qol və 4 məhsuldar ötürmə ilə çıxış edən 1.90 metrlik mərkəz hücumçusu hava toplarını effektiv bitirmə keyfiyyəti ilə tanınır.


Etiketlər:  Beşiktaş azarkeşlərinə BƏD XƏBƏR


RƏYLƏR