Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2025 18:14
ABŞ-nin Prezidenti Donald Tramp dünya çempionatının təşkilat komitəsinin rəhbəri olub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, o, 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək yarışla bağlı hazırlıq işlərinə başçılıq edəcək.
Tramp bu turnirin əhəmiyyətini qeyd edib: "Bizim ölkə üçün belə turnir keçirmək böyük şərəfdir".
FIFA prezidenti Canni İnfantino ABŞ prezidentinin təşkilat komitəsinə rəhbər keçməsinə biganə qalmayıb. O, prezidentə xüsusi hazırlanmış top bağışlayıb.
Qeyd edək ki, 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək mundialda 48 komanda mübarizə aparacaq.