Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2025 00:16
"Barselona"nın La Liqada "Osasuna"ya qarşı bu gecə keçirilməli olan oyunu təxirə salınıb.
Sonxeber.net xəbər verir ki, buna klubun həkimi Karles Minaryo Qarsiyanın vəfatı səbəb olub. Klub rəsmi bəyanat yayaraq, bu axşam dünyasını dəyişən həkimin vəfatından kədərləndiyini bildirib, şəxsin ailəsinə və yaxınlarına başsağlığı verib.
Qəfil ölümdən şok keçirən futbolçu və məşqçi heyəti meydançaya çıxa bilməyəcəklərini bəyan ediblər.
Qeyd edək ki, "Barselona" - "Osasuna" matçı bu gecə saat 00:00-da keçirilməli idi. (Offsideplus.az)