Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səudiyyə Ərəbistanı klubu ''Barselona''nın futbolçusu üçün 100 milyon avro ödəməyə hazırdır

Səudiyyə Ərəbistanı klubu ''Barselona''nın futbolçusu üçün 100 milyon avro ödəməyə hazırdır

Tarix: 9 Mart 2025 18:26

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu İspaniya təmsilçisi "Barselona"da çıxış edən Rafinya üçün 100 milyon avro ödəməyə hazırdır.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "Relevo" nəşri məlumat yayıb.

İddiaya görə, onlar 28 yaşlı braziyalı vingerə 15 milyon avro maaş təklif etmək niyyətindədir.

Kataloniya təmsilçisi isə oyunçunu komandada saxlamağı planlaşdırır.

Qeyd edək ki, Rafinyanın hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. O, cari mövsüm 40 oyunda 25 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.


Etiketlər:  Səudiyyə Ərəbistanı klubu Barselonanın futbolçusu üçün milyon avro ödəməyə hazırdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ