Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2025 19:46
Martın 9-da Misli Premyer Liqasında XXVI turun növbəti oyunu keçirilib.
Sonxeber.net xəbər verir ki, "Şamaxı" doğma meydanda "Sabah"ı qəbul edib. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 30-cu dəqiqədə Edqar Adilxanov vurub.
Bu nəticədən sonra xallarını 27-yə çatdıran bölgə təmsilçisi 7-ci sıradadır. Bakı klubu isə 34 xalla beşinci pillədə qalıb.