Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sahil Babayev onu işdən çıxardı - Yeni TƏYİNAT - FOTO

Sahil Babayev onu işdən çıxardı - Yeni TƏYİNAT - FOTO

Tarix: 10 Mart 2025 18:08

Maliyyə Nazirliyi Aparatının rəhbəri Cavanşir Yusifov vəzifəsindən azad edilib.

Sonxeber.net Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə yeni maliyyə naziri Sahil Babayev Əmr imzalayıb.

C.Yusifov nazir müavinindən sonra üçüncü vəzifəli şəxs idi. O, 6 il idi həmin vəzifədə çalışırdı.

Maliyyə Nazirliyindən xəbəri təsdiqləyiblər.

Bildirilib ki, Natiq Həsənov Maliyyə Nazirliyinin Aparatının rəhbəri təyin edilib. Bununla bağlı maliyyə naziri Sahil Babayev müvafiq Əmr imzalayıb.

Bildirilib ki, o, 2018-ci ildən isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində işləyib.

Xatırladaq ki, bundan əvvəl Maliyyə Nazirliyinin Aparatının rəhbəri Cavanşir Yusifov olub. Onun dövlət qulluğuna pensiya yaşında olması ilə əlaqdər öz arzusu ilə xitam verilib.

Qeyd edək ki, Cavanşir Yusifov Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun qardaşıdır.


Etiketlər:  Sahil Babayev işdən çıxardı Yeni TƏYİNAT FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ