Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artisti ilə bağlı son XƏBƏR: ''Hər dəqiqə...''

Xalq artisti ilə bağlı son XƏBƏR: ''Hər dəqiqə...''

Tarix: 10 Mart 2025 19:15

Artıq 6 gündür ki, atam komatoz vəziyyətdədir.

Milli.az bildirir ki, bunu açıqlamasında Xalq artisti Ənvər Həsənovun qızı deyib.

"Qidalanma prosesi də dayanıb. Qəti hərəkət etmir. Vəziyyəti son dərəcədə kritikdir. Hər dəqiqə nəsə ola bilər. Keçən dəfə dediyim kimi, istəmədik ki, son günlərini xəstəxanada keçirsin".

Xalq artisti Ənvər Həsənovun sağlamlıq vəziyyəti

Qeyd edək ki, Xalq artisti Ənvər Həsənov yanvarın 10-da saat 10:15-də halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib.

Yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub. Yanvarın 18-də vəziyyəti stabilləşən Xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Fevralın 3-ü isə Xəzər Tibb Mərkəzindən Reabilitasiya Mərkəzindən evə buraxılıb. Fevralın 26-ı aktyorun vəziyyəti yenidən kritikləşib. (APA)


Etiketlər:  Xalq artisti ilə bağlı XƏBƏR Hər dəqiqə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ